Bakıda 23 yaşlı oğlan evində bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi olub. Trend-in məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...