Göygölə istirahətə gələnlərin üzərindən narkotik çıxıb - FOTOLAR

Göygölə istirahətə gələnlərin üzərindən narkotik çıxıb - FOTOLAR

Göygöl rayon Polis Şöbəsinə Yevlax sakinləri - əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Anar İsmayılovun üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, Göygöl şəhəri ərazisndə saxlanılan hər iki şəxs şübhəli kimi şöbəyə gətirilib. Şöbədə onların üzərinə baxış keçirən əməliyyatçılar məlumatın doğru olduğunu üzə çıxarıblar. Belə ki, onların üzərinə baxış keçirilən zaman Rüstəm Hüseynovdan 10 ədəd kibrit qutusuna yığılmış ümumi çəkisi 70,8 qram, Anar İsmayılovun üzərindən isə 6,7 qram çəkisi olan bir kibrit qutusu narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rüstəm və Azər Yevlaxdan Göygölə istirahət məqsədi ilə gəldiklərini və narkotik vasitəni də şəxsi istifadələri üçün gətirdiklərini deyiblər. Rüstəm Hüseynov marixuananı Kür çayının kənarında becərdiyini və şəxsi istifadə üçün saxladığını etiraf edib: " Kür qırağına toxum səpmişdim. Bir ağac bitmişdi. Qurutdum, saxladım ki, özüm istifadə edim. Xəstəyəm. Göygölə qalmağa gəlirdim deyə özümlə gətirmişdim ki, burada çəkərəm".

Faktla bağlı hər iki şəxs barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə