Ötən günün kriminal hadisələri

Ötən günün kriminal hadisələri

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Mirzəyevdən 317,642 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 16-sı saat 19 radələrində Nizami küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini Eldar Qazıyevi bıçaqla hədələyərək içərisində 70 manat və mobil telefonu olan portmanatanı əlindən alıb. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər, Saatlı rayon sakini Eltac Cəfərov və İmişli rayon sakini İbiş İbrahimov martın 13-də yaxalanıblar.

 

Martın 9-u, saat 00:35 radələrində Şüvəlan qəsəbə sakini Şeydulla Nəcəfov alkoqol zəhərlənməsi və kəllə-beyin travması ilə 2 saylı Əfəndiyev adına xəstəxanaya daxil olub. Araşdırma zamanı müəyyən olunub ki, martın 8-də Şüvəlan qəsəbəsində yerləşən parkın yaxınlığında qəsəbə sakini Ehtiram Şərifov mübahisə zəmnində əli ilə Şeydulla Nəcəfəvu sifət nahiyəsindən vurmuş, sonuncu yerə yıxılaraq xəsarət alıb. Ş.Nəcəfov aldığı xəsarətlərdən xəstəxanada ölmüş, E.Şərifov isə Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyət tədbirləri nəticəsində martın 13-də yaxalanıb.

 

Yanvarın 16-na keçən gecə Zığ yolu ev 22-nin qarşısından Nemət Musayevə məxsus "Mersedes" markalı mikroavtobus qaçırılıb. Xətai RPİ 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranlar Ucar rayon sakini Tərlan Həsənli və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Ələkbərov martın 12-də Ucar rayonunda avtomobillə birlikdə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə