Bakıda avtomobilləqadını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Kərimova vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB