Sabunçu rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib

Sabunçu rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib

Bakının Sabunçu rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Babayeva Təranə Tahir qızı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı sol döş qəfəsinin kəsilmiş, deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə