Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib, daha bir nəfər ağır xəsarət alıb.
Hadisə yerinə Şəmkir rayon Dövlət Yol Polisi və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində Şəmkir rayon sakinləri Əliyeva Həyat Rəşad qızı (azyaşlı, təqribən 1yaş), Orucova Nübar Dilqəm qızı (1994), Orucov Vüqar Bayram oğlu (1974), Orucov Dilqəm Bayram oğlu (1970) və Orucova Rəsmiyyə Nürəddin qızı (1971) dünyalarını dəyişiblər. Bildirək ki, dünyasını dəyişən şəxslər bir ailənin üzvüləridir.
Qəzanın təfərrüatları dəqiqləşdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB