Samux rayonunda 48 yaşlı qadının yaşadığı evdə meyiti aşkarlanıb

Samux rayonunda 48 yaşlı qadının yaşadığı evdə meyiti aşkarlanıb

Samux rayonunda qadının yaşadığı evdə meyiti aşkarlanıb.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə rayonun Stansiya Alabaşlı kəndində qeydə alınıb.

Kənd sakini 48 yaşlı Zeynalova Səidə Pənah qızı yaşadığı evin hamamında yaxınları tərəfindən ölü tapılıb.

Bildirilib ki, qadının hamamdan geç çıması evdəkilərdə narahatlıq yaradıb. Sonra məlum olub ki, S.Zeynalova hamamda dünyasını dəyişib.

İlkin məlumata görə, onun dəm qazından zəhərlənərək öldüyü etimal edilir.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə