Albaniyada zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb

Albaniyada zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb

Albaniyada dağıdıcı zəlzələ qurbanlarının sayı 48 nəfərə, yaralıların sayı isə 790 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 40 nəfərin öldüyü, 650 nəfərin yaralandığı açıqlanmışdı.

Qeyd edək ki, Albaniyada çərşənbə axşamı 6.4 bal gücündə zəlzələ olub.

Yerli KİV-lərin verdiyi məlumata görə, təkanların əksəriyyəti Tiranada, həmçinin zəlzələnin episentrinə ən yaxın olan Durres şəhərində hiss edilib. Bir neçə bina çöküb, insanların hələ də dağıntılar altında qalması ilə bağlı ehtimalların olduğu vurğulanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə