Şəmkir rayonunda “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq aşıb

Şəmkir rayonunda “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq aşıb

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı Seyfəli kənd sakini, 38 yaşlı Bayramov Kamil və hələlik adı bilinməyən 2 nəfər xəsarət alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb “VAZ 2106” markalı minik maşınının qabağına “KamAZ” markalı yük avtomobilinin çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə