Şamaxı sakini güllələnib

Şamaxıda güllələnmə hadisəsi olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində qeydə allnıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.

Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə