Goranboyda minik maşınının zərbəsindən çox sayda xırdabuynuzlu heyvan tələf olub

Goranboyda minik maşınının zərbəsindən çox sayda xırdabuynuzlu heyvan tələf olub

Goranboyda minik maşını qoyun sürüsünə çırpılaraq çox sayda xırdabuynuzlu heyvanı tələf edib.

SİA xəbər verir ki, hadisə Goranboy-Naftalan avtomobil yolunda baş verib.

"Mercedes" markalı minik maşını təxminən 30 başlıq xırdabuynuzlu heyvan sürüsünə çırpılıb. Qəza nəticəsində 20-dək qoyun tələf olub, bir qismi isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə