Tovuzda məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib

Tovuzda məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, yolu keçmək istəyən Ələkbərov Süleyman Çingiz oğlunu maşın vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxsin məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə