Sumqayıtda 45 yaşlı qadın meyiti tapılıb

Sumqayıtda 45 yaşlı qadın meyiti tapılıb

Sumqayıtda mənzildə qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Nəcəfova Nəzakət Əhmədxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə