Martın 9-da Sabirabad rayonunun Əsgərbəyli kəndində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin rəisi Əlirza Həmzəyevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, rayon mərkəzindən 30 km məsafədə yerləşən Əsgərbəyli kəndində Mehdiyev Əlizadəyə məxsus 156 kvadratmetrlik fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə dərhal gələn Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti yanğının qarşısını almağa müvəffəq olublar. Yanğın digər köməkçi tikililərə keçməyib. Evin dam örtüyü və əşyaları tamamilə yanıb.
Yanğın zamanı sakinlərdən xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB