Tovuzda 2 otaqlı ev yanıb

Tovuzda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Ağdam kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə