Bu gün Şirvan şəhərinin Ş.Qurbanov küçəsində hərəkət edən Şirvan sakini Fikrət Şirəliyevə məxsus "VAZ 2107" markalı 10 ks 974 nömrəli avtomobil həmin küçənin kəsişməsində Sumqayıt şəhər sakini Ömərov Mübarizin idarə etdiyi "Honda pilot" markalı 90 gd 949 nömrəli maşınla toqquşub.
SİA-nın aran bürosundan verilən xəbərə görə, nəticədə "VAZ 2107"nin sürücüsü Şirvan sakini Şirəliyev Fikrət Ağasadıq oğlu xəsarət alaraq alt çənə sümüyünün iki tərəfli sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, xəsarət alan sürücü səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumu, əmisi oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB