Sabunçu rayonundakı yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, "Volkswagen Passat" markalı avtomobil yol hərəkəti qaydasını pozaraq dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Hadisə zamamı "Volkswagen"də olan 4 nəfər - 1967-ci il təvəllüdlü Quliyeva Səkinə Malixan qızı, 1989-cu il təvəllüdlü Həziyev Anar Şahin oğlu, 1991-ci il təvəllüdlü Kazımov Firuz Namiq oğlu və 2000-ci il təvəllüdlü Məmmədova Günel Şahin oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə