İmişlidə 22 yaşlı gənc həmkəndlisini bıçaqlayıb

İmişli sakini bıçaqlanıb.

SİA xəbər verir ki, İmişli rayonunun Məmmədli kənd sakini, 1997-ci il təvəllüdlü Əlizadə Camal İlqar oğlu şəxsi münasibətlər zəminində həmkəndlisi - 1992-ci il təvəllüdlü Əliyev Əlizamin Yəhya oğlunun qarın boşluguna bıçaqla xəsarət yetirib. Yaralı İmişli MRX-ya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə