Sabirabadda yaşayış evi yanıb

Martın 9-da Sabirabad rayonunun Əsgərbəyli kəndində yanğın hadisəsi baş verib. Rayon mərkəzindən 30 km məsafədə yerləşən Əsgərbəyli kəndində Mehdiyev Əlizadəyə məxsus 156 kvadratmetrlik fərdi yaşayış evində yanğın olub.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə yerinə dərhal gələn Sabirabad rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti yanğının qarşısını almağa müvəffəq olublar. Alovun digər köməkçi tikililərə keçməsinin qarşısı alınıb. Evin dam örtüyü və əşyaları tamamilə yanıb.

Yanğın zamanı sakinlərdən xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə