Şirvanda ağır yol - nəqliyyat hadisəsi baş verib

Şirvanda ağır yol - nəqliyyat hadisəsi baş verib

Martın 9-u, axşam saat 19:45 radələrində Şirvandan Salyan istiqamətinə hərəkət edən "Şirvan Oyl" neft şirkətinə məxsus, Miriş Əhmədovun idarə etdiyi 10JL549 nömrəli "Uaz" markalı avtomobil əks istiqamətdə hərəkət edən, sürücü Alışov Oqtay oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90XR549 nömrəli maşınla toqquşub.

SİA-nın Aran bürosunun xəbərinə görə, nəticədə "VAZ 2107"nin sürücüsü döş qəfəsinin və qarının küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan sərnişin Vəliyev Namiq Rəhim oğlunun isə burun nahiyyəsi əzilib.

Şirvan Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə