Martın 8-i saat 02:30 radələrində Sumqayıt şossesində 2 naməlum şəxs Kürdəmir rayon sakini Nofəl Məmmədovu "VAZ-21011" markalı avtomobilə sərnişin qismində mindirib, Sulutəpə qəsəbəsi yeni yaşayış sahəsində bıçaqla hədələyərək pulunu, gödəkçəsini, ayaqqabısını, qol saatını və mobil telefonunu alıblar.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərəb görə, Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri Namiq Rəcəbov və Nurlan Qasımov idarə etdikləri "VAZ-21011" markalı avtomobillə birlikdə yaxalanıblar.
Martın 6-da Bakı şəhər sakini İsa Baxşəliyevin idarə etdiyi 103 saylı marşurut xətti ilə hərəkət edən "Mersedes" markalı mikroavtobus Yeni Günəşli yaşayış sahəsi "Q" massivindən qaçırılıb. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mikroavtobusu qaçırmaqda şübhəli bilinən, Şamaxı rayon sakini Vüqar Atakişiyev martın 8-də tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB