Sərxoş sürücülər qəza törədiblər- FOTO

Sərxoş sürücülər qəza törədiblər- FOTO

Martın 8-də Şirvan şəhərində iki yol nəqliyyat hadisəsi baş verib. SİA-nın aran bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində köhnə şəhər istiqamətinə hərəkət edan "Qazel" markalı yük maşınını idarə edən Bayramlı qəsəbə sakini 1976-cı il təvəllüdlü Xanatov Seymur Qənimət oğlu sərxoş vəziyyətdə olduğu üçün idarəetməni itirib sol tərəfə barduru keçərək ağaca çırpılıb.

Nəticədə sərxoş vəziyyətdə olan sürücü alnından əzilmiş cırılmış yara alıb.

Digər yol qəzası zamanı isə Hacıqabul rayonunun Udulu kənd sakini Balaməmməd Zeynalov idarə etdiyi 10 RB 319 nömrəli "Mitsubishi Pajero" markalı cip Hacıqabul rayon sakini Müzəffərov Fərhad Əhməd oğlunun sərxoş vəziyyətdə idarə etdiyi 90 DO 562 nömrəli "Mercedes" markalı maşınla toqquşub.

Nəticədə "Mitsubishi Pajero" aşıb və "Mercedes" ciddi qəzaya uğrayıb, hər iki sürücü müxtəlif bədən xəsarətləri alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə