Üzüm çardağına çıxan Mingəçevir sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Mövsümi budama işləri üçün üzüm çardağına çıxan Mingəçevir sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə şəhərin Kür küçəsində baş verib.

İlkin məlumata görə, müvazinətini itirərək yerə çırpılan 1957-ci il təvəllüdlü Adıgözəlov Əsəd İsmayıl oğlu baş və çiyin nahiyəsindən ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə