Qardaşı arvadını qətlə yetirən Hacıqabul sakininin axtarışı davam edir

Qardaşı arvadını qətlə yetirən Hacıqabul sakininin axtarışı davam edir

Xaliq Məmmədovun Martın 5-də, saat 20:00-da Ələkbərov Fikrət Cəbrayıl oğlu yaşadığı Hacıqabul şəhəri Xətai küçəsi ev 44 ünvanında şəxsi münasibət zəmnində qardaşı arvadı Ələkbərova Güldəstə Mehdi qızının valideyinlərinin gözü önündə bıçaqla arxadan döş qəfəsinin sol-yan tərəfi nahiyəsindən vuraraq qətlə yetirib.

 

Hacıqabul Polis şöbəsinin növbətçi hissəsindən SİA-nın Aran bürosuna verilən məlumata görə, cinayəti törətmiş F. Ələkbərov hadisədən sonra məsuliyyətdən yaxasını qurtarmaq üçün aradan çıxıb. Qatilin həbs olunması üçün axtarış tədbirləri davam edir.

 

Rayon Prokurorluğunda C.M. 120.2.4 maddələri ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə