Gəncə - Şəmkir magistral yolunun 1 km-də ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 20 CJ 487 dövlət nömrə nişanlı "VAZ 21 015" markalı avtomobillə "AİVA- A 20" markalı yük avtomobili toqquşub.
Nəticədə avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Zakir Abdullayev, 1981-ci il təvəllüdlü Tural Süleymanov, 1984-cü il təvəllüdlü Rasim Quliyev və 1983-cü il təvəllüdlü Rövşən Quliyev xəsarət alaraq Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Edilən müdaxilələrdən sonra adıçəkilən şəxslərin həyatını qurtarmaq mümkün olub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB