Sabunçu rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 37 yaşlı piyada ağır xəsarət alıb

Sabunçu rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 37 yaşlı piyada ağır xəsarət alıb

Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Balaxanı qəsbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli olunu vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə