Novxanıda mağazaya basqın edənlər tutulub

Novxanıda mağazaya basqın edənlər tutulub

Martın 5-i saat 01:20 radələrində 2 nəfər naməlum şəxs, Novxanı bağlar massivində yerləşən "Murad" marketə daxal olaraq mağaza sahibi, Sumqayıt şəhər sakini Emin Turabova odlu silahdan 2 dəfə atəş açaraq hər iki qolundan xəsarət yetirib.

 

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ CAİ, Binəqədi RPİ CAŞ və 4-cü PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən Qobustan qəsəbə sakinləri Sərvan Babayev və Qahir Şərfəliyev tutulublar.

 

Yaxalanan S.Babayevdən 12 ədəd patronu ilə birlikdə "Marqulin" markalı tapança aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə