Çilinin şimalında rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, insan ölümünün qeydə alınmadığı zəlzələ nəticəsində binalar zərər görüb. Amerika Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Peru sərhədi yaxınlarındakı Arıka limanının 60 kilometr şərqindəki Putredə, yerin 110 kilometr altında olub.
Sakit okeanın cənubundakı Solomon adalarında isə 6,6 ballıq zəlzələ olub. Ölənlər və yaralananlar haqqında məlumat verilmir. Zəlzələnin episentri Kira-Kira adasının 129 kilometr qərbində, okean döşəməninin 21 kilometr dərinliyində olub. Amerika Geoloji Araşdırmalar Təşkilatı sunaminin gözlənilmədiyini xəbər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB