Dostunu bıçaqlayan gəncin məhkəməsi başlayır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Amin Qurbanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il iyul ayında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib. 2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Hadisəni tərətməkdə təqsirləndirilən A.Qurbanlıya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə