Nəsimi rayonundakı yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Polad Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı "Fiat"-ın sürücüsü P.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə