Xətai rayonunda piyadanı avtomobil vurub. "Report" xəbər verir ki, hadisə rayonun Kənd Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Əhmədov Sənan Sumbat oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona aşağı ətrafın küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB