Hindistanda partlayışda zərərçəkənlərin sayı 18-ə çatdı

Hindistanda partlayışda zərərçəkənlərin sayı 18-ə çatdı

Hindistanın Srinagar şəhərində bazarda baş verən partlayış nəticəsində 3 polis, 15 yerli sakin yaralanıb və 1 nəfər isə həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin yaralandığı deyilirdi.

Bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri baş verənlərə görə məsuliyyət daşımayıb.

Qeyd edək ki, ötən həftənin sonunda, Hindistan hökumətinin, keçmiş Jammu və Kəşmir ştatlarının yerində Ladax və Cammu iki müttəfiq ərazisini yaratmaq qərarı rəsmi olaraq qüvvəyə minib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə