Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib. SİA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.
Kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U. Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.
Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib.
Ü.Nəsibov isə buna məhəl qoymayaraq eşşək arabasını və ona bağlanmış heyvanları qəsdən Ə.Hətəmovun üstünə sürərək onun üstündən keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB