Binə qəsəbəsindəki toyda 3 nəfər bıçaqlanıb

Binə qəsəbəsindəki toyda 3 nəfər bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

"Bənövşə" şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və Əliyev Elçin Qadir oğlu, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə