Bakıda iki minik avtomobili toqquşdu, biri yandı

Bakıda iki minik avtomobili toqquşdu, biri yandı

Bakı şəhərinin Nərimanov rayonunda “Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə “Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hisəssi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə