Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarət alıb

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarət alıb

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, yol qəzası 7-ci mikrorayon ərazisində baş verib.

2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə