Cəlilabad rayonunda 21 yaşlı piyadanı avtomobil vurub. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Həsənqulu İntiqam oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB