Şabranda baş verən yol qəzasında 1 nəfər ölüb

Şabranda baş verən yol qəzasında 1 nəfər ölüb

Şabran rayonunda yol qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə