Martın 2-də Ərəstun Eyvazova məxsus Baş Ələt qəsəbəsindəki bağ evindən qapını sındırma yolu ilə generator oğurlayanlar - Zamil Məmmədov, Sadim Bəndəliyev, Ruslan Məmmədov və Xətai Musayev Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 7-də Q.Qarayev prospektində Əlican İsayeva bıçaqla xəsarət yetirən Pərviz Qarayev martın 3-də Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Martın 2-də naməlum şəxs Ağa-Nemətulla küçəsində yaşayan Ülviyyə Abdulovanın 2-ci mərtəbədə yerləşən mənzilinə eyvanın açıq qapısından daxil olaraq bıçaqla hədə-qorxu gəlmiş, qızıl-zinət əşyalarını alaraq qaçıb. Nərimanov RPİ 17-ci PB və PPXB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Babayev tutulub.
Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şarov Vladislav Vladimiroviçdən 1 kiloqram 40 qram heroin aşkar olunaraq götürülüb.
Martın 2-nə keçən gecə Xalidə Qələndərovaya məxsus Əmircan qəsəbəsi M.Mustafayev küçəsində yerləşən mağazadan şüşəni sındırma yolu ilə spirtli içkilər oğurlayanlar Sabir Abdullayev və Rüstəm Vəliyev Suraxanı RP 31-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB