Səmkir sakini damdan yıxılaraq xəsarət alıb

Səmkir sakini damdan yıxılaraq xəsarət alıb

Səmkir sakini ehtiyyatsızlıqdan xəsarət alıb.

SİA xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini 1970-ci il təvəllüdlü Valəddin Məmmədov Məhər oğlu hündürlükdən yıxılıb. Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdilib.

Xəstəxandan bildirilib ki, 49 yaşlı kişinin vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, V.Məmmədov tövlənin damından ot götürən zaman yıxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə