Kamerunun qərbində baş verən zürüşmə nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərin 6 nəfəri kişi, 10 nəfəri qadın (onlardan 4 nəfəri hamilə olub), 11-i oğlan, 15 isə qız uşağı olub.
Ölənlərin arasında bir kişi və bir qadının altı uşağı ilə birlikdə öldüyü bildirilir. Hazırda ölənlərin 36-nın şəxsiyyəti tanınıb.
Güclü yağış səbəbindən xilasetmə əməliyyatı dayandırılıb. İkinci sürüşmə riski olduğu üçün yerli hakimiyyət orqanları hadisə yerini tərk etməyi tövsiyə edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB