Şəmkirdə baş vermiş ağır yol nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub

Şəmkirdə baş vermiş ağır yol nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 21099" maraklı avtomobil toqquşub. Qəza zamanı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlardan Şəmkir sakini 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlunun vəziyyəti ağırdır. Ölənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə