Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun stansiya Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"dakı sərnişinlər - Kürdəmir rayonunun Sığırlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Eminova Qızman Elman qızı və 1981-ci il təvəllüdlü Eminova Arzu Tapdıq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB