Bakıda həbsxanadakı əri ilə görüşə gələn qadın tutuldu

Bakıda həbsxanadakı əri ilə görüşə gələn qadın tutuldu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın gödəkcəsinin cibində gizlədilmiş bükülüdə 2,1 qram tiryək aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə