Yasamal rayonunda yol qəzası: piyada xəsarət aldı

Yasamal rayonunda yol qəzası: piyada xəsarət aldı

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.

“Azərbaycan Nəşriyyatı”nın qarşısında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Həsənov Ceyhun Cəlayir oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə