Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Corat bağlarında qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Gəncəliyeva Xalidə Qənimət qızı yaşadığı Corat bağlarında öz oğlu tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB