Abşeronda məktəbli qızı avtomobil vurub

Abşeronda məktəbli qızı avtomobil vurub

Abşeron rayonunda 9-cu sinif şagirdini avtomobil vurub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin 3 nömrəli tam orta məktəbinin şagirdi, 2004-cü il təvəllüdlü Quliyeva Nərminə Xəyal qızını yolu keçərkən avtomobil vurub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə