Yük avtomobili dərəyə aşıb, 32 nəfər ölüb

Yük avtomobili dərəyə aşıb, 32 nəfər ölüb

Hindistanın şimalında yerləşən Ximaçal-Pradeş ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 35-40 nəfərin olduğu yük avtomobili ştatın Çamba vilayəti yaxınlığında sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, nəticədə 32 nəfər ölüb.

 

Yaralıların sayı barədə məlumat verilmir. Hazırda hadisə yerində müvafiq işlər görülür. Məlumatda bildirilir ki, yağıntılı hava şəraitinin qəzaya səbəb olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə