Gəncədə piyadanı avtomobil vurub.
SİA xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onu avtomobillə vuran sürücü isə ərazidən yayınıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB