Xırdalan şəhərində yol qəzası zamanı motosiklet sürücüsü ağır xəsarət alıb
Xırdalan şəhərində yol qəzası zamanı motosiklet sürücüsü ağır xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Qalubiyyə küçəsində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Kamran Hikmət oğlu motosikletlə hərəkətdə olan zaman idarə etdiyi nəqliyyat vasitəsini aşırıb. Nəticədə o, ağır xəsarət alıb.
Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB